Uilyam Mak-Kinli (WILLIAM McKINLEY)

Birləşmiş Ştatların XIX əsrdə sonuncu prezidenti olmuş Uilyam Mak-Kinlinin yeritdiyi daxili siyasi kursun zəif ol­masına baxmayaraq, apardığı xarici siyasət ABŞ tarixində yeni səhifə açmışdır. Xüsusilə İspaniyaya qarşı aparılan müharibə və bir neçə ispan müstəmləkəsinin ilhaq edilməsi ölkənin dünyanın böyük hegemon dövlətlərindən birinə çevrilməsinin əsasını qoymuşdur.


Davamı →

Bencamin Harrison (BENJAMIN HARRISON)

Bencamin Harrison ABŞ-ın 9-cu prezidenti U.H.Harrisonun nəvəsi idi. O, 20 avqust 1833-cü ildə Ohayonun Nord- Bend yaşayış məntəqəsində dünyaya gəlmişdi. Klivlend kimi presviterian ruhunda tərbiyə almış, lakin sələfindən fərqli olaraq prezident olarkən belə dini qaydalara ciddi əməl etmişdir. Uşaqlıq illəri atasına babasından miras qal­mış 600 akr torpaq sahəsinə malik fermada keçib. Böyük və əməksevər fermer ailəsinin həyatı, aristokrat əcdadlarından fərqli olaraq, heç də təmtəraqlı keçməmişdir. Buna baxma­yaraq ailə başçısı Con Skottun gərgin işgüzarlığı sayəsində ailənin on iki uşağının hamısı xüsusi müəllimlər yanında təhsil alır. Kollecə daxil olmaq məqsədilə Bencamini 14 yaşı olarkən xüsusi məktəbə qoyurlar. Maddi çətinliklər səbəbindən atasının onu məşhur Yel Universitetində oxut­maq arzusu həyata keçmir.


Davamı →

Qrover Klivlend (GROVER CLEVELAND)

Hazırda Ağ Evin sahibi Barak Obama sıra nömrəsi ilə 44-cü prezident hesab edilir. Əslində isə o, ABŞ prezidenti olmuş 43-cü şəxsdir. Birləşmiş Ştatların 22-ci prezidenti ol­muş Qrover Klivlend ikinci müddətə seçilməsə də, növbəti seçkilərdə yenidən namizədliyini irəli sürərək qələbə qa­zanır. Belə ki, Q.Klivlend 22-ci və 24-cü prezident sayılır. Onun prezidentliyi bir də onunla əlamətdardır ki, son 28 ildə Ağ Evin sahibi respublikaçı deyil demokrat idi.


Davamı →

Çester Artur (CHESTER A. ARTHUR)

Qarfild vəfat etdiyi günün səhəri vitse-prezident Çester Artur prezident səlahiyyətlərinin icrasına başladı. O, ABŞ tarixində uğursuz prezidentlərdən hesab edilir. Dəbdəbəli həyata meylli olan, bir çox inzibati vəzifələrdə çalış­mış Ç.Arturun heç vaxt prezidentlik iddiası olmamışdır.

Müasirlərindən birinin «Çester Artur ABŞ prezidentidir, İlahi özün kömək ol!» — deməsi heç də təsadüfi deyil.


Davamı →

Ceyms Qarfild (JAMES GARFIELD)

ABŞ-ın 20-ci prezidenti Ceyms Qarfild 19 noyabr 1831­ci ildə Ohayonun Klivlend şəhəri yaxınlığında anadan ol­muşdur. Ulu babası Edvard Qarfild 1635-ci ildə İngiltərəni tərk edərək Massaçusetş ərazisindəki Uotertaun yaşayış məntəqəsində məskunlaşmışdı. Atası Avraam Qarfild kasıb olmasına baxmayaraq, zəhmətsevərliyi nəticəsində özünə torpaq sahəsi ala bilmişdi. Ümumiyyətlə, gələcək preziden­tin uşaqlığı ağır keçmişdir. Ömrünün sonlarına yaxın bunu «Heyf ki, mən yoxsulluq içərisində anadan oldum» deyə etiraf etmişdi.


Davamı →

Razerford B.Heys (RUTHERFORD B. HAYES)

Razerford Börçard Heys 4 oktyabr 1822-ci ildə Ohayo ştatının Delaver şəhərində anadan olmuşdur. O hələ dünya­ya gəlməmiş əcdadlari 1680-ci ildə Şotlandiyadan Amerikaya köçərək Konnektikutda məskunlaşan atası vəfat edir. Razerford varli dayısı Sardis Börçardın maliyyə köməyilə yaxşı təhsil alır. 1842-ci ildə Hempşirdəki Kenyon kollecini bitirərək Kolumbusdakı vəkillər kontorunda praktika keçir. Üç il sonra isə Harvard Universitetinin hüquq fakültəsində təhsilini başa vuraraq, dayısına məxsus vəkillər kontorun­da işləməyə başlayır. Çox keçmir ki, Heys Sinsinnatiyə köçərək, burada öz kontorunu açır.


Davamı →

Uillis S.Qrant (ULYSSES S. GRANT)

Ölkənin bütövlüyü uğrunda aparılan Vətəndaş Müha­ribəsində misilsiz xidmətlərinə baxmayaraq U.S.Qrant ABŞ tarixində zəif prezidentlərdən hesab edilir. Onu əsasən prezident kimi xüsusi fəaliyyət proqramına malik olma­maqda, yalnız Konqresin qərarlarını icra etməkdə günah­landırırlar. Consonun prezidentliyi dövründə Prezidentlik İnstitutunun nüfuzdan düşməsi, qarşıya çıxan mürəkkəb problemlərin həll edilməsi üçün icraedici orqanların möv­qeyinin möhkəmləndirilməsini və Konqresdə müxtəlif qruplaşmalara rəhbərliyin ələ alınmasını tələb edirdi. Qrant bu problemlərin öhdəsindən gələ bilməmişdir.


Davamı →

Endrü Conson (ANDREW JOHNSON)

Linkolnun qətlindən bir gün sonra 1865-ci il aprelin 15- də vitse-prezident Endrü Conson prezident səlahiyyətlərinin icrasına başladı. Vətəndaş Müharibəsi Şimallıların qələbəsi ilə başa çatsa da, ölkənin gələcək taleyi qeyri-müəyyən olaraq qalırdı. İttifaqdan ayrılmış ştatların statusu necə olacağı bilinmirdi. Rekonstruksiyanın (ayrılmış ştatların İttifaqa qaytarılması) kimin, Konqresin yoxsa preziden­tin səlahiyyətlərinə aid olması, azadlıq əldə etmiş qulla­rın statusu problemi həllini gözləyirdi. Təəssüf ki, Conson müxtəlif səbəblər üzündən bu problemlərin öhdəsindən gələ bilmədi.


Davamı →

Avraam Linkoln (ABRAHAM LINCOLN)

XIX yüzilliyin 60-cı illəri ABŞ dövləti üçün ağır sınaq dövrü olmuşdur. Burada söhbət ölkənin qarşılaşdığı hər hansı sosial-iqtisadi problemdən deyil, onun ərazi bütöv­lüyünün qorunub saxlanmasından, demokratik dəyərlərə əsaslanan, insan hüquqlarının qorunmasını özünün baş­lıca prinsipi elan etmiş bir dövlətin mövcudluğundan ge­dir. Xatırladaq ki, hələ C.Vaşinqton öz vəsiyyətnaməsində, ona məxsus qullara azadlıq verilməsini istəmişdi. 60-cı illərədək ölkə prezidentlərinin demək olar ki, əksəriyyəti qul sahibləri olsa da, onların mütərəqqi fikirliləri quldarlı­ğın əleyhinə olmuşdur.


Davamı →

Ceyms Bükenen (JAMES BUCHANAN)

Ceyms Bükenen ABŞ tarixinə quldarlıq problemini həll edə və İttifaqın dağılmasının qarşısını ala bilməmiş zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, müasirləri tərəfindən Cənub ştatlarının tərəfdarı kimi tənqid edilmişdir.

C.Bükenen 1791-ci il aprelin 23-də Pensilvaniya ştatı­nın Mersersberq şəhərciyində irland immiqrantı ailəsində anadan olub (Bükenen atası Amerikadan kənarda doğulmuş beş prezidentdən biridir).


Davamı →